Peskov Rusiya ilə Macarıstan arasında münasibətlərin düzələ biləcəyinə işarə edib
Macarıstanın sabiq baş naziri Viktor Orban Avropa İttifaqında Rusiyanın müttəfiqi yox, öz xalqının müttəfiqi olub.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya prezidenti Volodimir Putinin sözçüsü Dmitri Peskov "India Today" qəzetinə verdiyi müsahibədə deyib.
O, əlavə edib ki, əgər "Tisa" Partiyasının rəhbəri, Macarıstanın yeni seçilmiş baş naziri Peter Maqyar Rusiya ilə dialoqa hazırdırsa, bu, mövcud problemlərin həllinə kömək edəcək.
21:13 15.04.2026
Oxunuş sayı: 55