Ermənistan hava məkanını bağlayır
Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultra yüngül təyyarələrə, eləcə də pilotsuz uçuş aparatlarına bağlayacaq.
Crossmedia.az bu barədə "ArmenPress"-ə istinadən xəbər verir.
"2026-cı il may ayının 3-dən 5-dək Ermənistan Respublikasında keçirilən genişmiqyaslı tədbirləri (8-ci Avropa Şurası Zirvə Görüşü, Ermənistan-AB Zirvə Görüşü və Yerevan Dialoqu) və bu tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq, sizə bildiririk ki, təhlükəsizlik səbəblərinə görə, bu müddət ərzində mülki pilotsuz uçuş aparatları da daxil olmaqla ümumi aviasiya uçuşları Ermənistan Respublikasının hava məkanında qadağandır", - deyə Ermənistan Mülki Aviasiya Komitəsinin açıqlamasında bildirilir.
20:05 15.04.2026
Oxunuş sayı: 50