Pakistan nümayəndə heyəti İrana gedib
Pakistan ordusunun komandanı Asim Munir başçılıq etdiyi nümayəndə heyəti ilə İrana gedib.
Crossmedia.az “Tasnim”-ə istinadən xəbər verir ki, məqsəd ABŞ-nin mesajını rəsmi Tehrana ötürmək və danışıqların ikinci raundunun planlaşdırılmasıdır.
Bildirilir ki, nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
Qeyd edək ki, Pakistan mediası danışıqların İslamabadda keçirilə biləcəyini xəbər verir.
18:13 15.04.2026
Oxunuş sayı: 60