KİV: ABŞ İranı razılığa məcbur etməyə çalışır
ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibənin 40-cı günündə atəşkəs elan edilib.
İlkin danışıqlar nəticə verməsə də, ABŞ mediası yeni bir iddia irəli sürüb.
Crossmedia.az xəbər verir ki, "The Washington Post" qəzetində dərc olunan məlumata görə, ABŞ Müharibə Nazirliyi "Pentaqon" yaxın günlərdə Yaxın Şərqə minlərlə əlavə əsgər göndərməyə hazırlaşır.
Tramp administrasiyası atəşkəs davam etməsə, əlavə zərbələr və ya quru əməliyyatları ehtimalını nəzərdən keçirərkən, İranı həftələrlə davam edən münaqişəyə son qoya biləcək bir razılığa məcbur etməyə çalışır.
20:00 15.04.2026
Oxunuş sayı: 62