Parisdə azərbaycanlı pianoçunun konserti maraqla izlənib
Fransanın paytaxtı Parisdə tanınmış azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin konserti keçirilib.
Crossmedia.az xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Fransada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin çoxsaylı üzvləri iştirak edib.
Səhnədə gənc pianoçu Eldəniz Ələkbərzadəni saksofonçu Dmitry Uvarov müşaiyət edib. Onlar Amerika bəstəkarları – Corc Gerşvin (George Gershwin), Leonard Börnstayn (Leonard Bernstein) və Con Vilyamsın (John Williams) əsərlərindən parçalar səsləndiriblər. İfaçıların yüksək peşəkarlığı, texniki ustalığı və incə musiqi zövqü böyük maraqla qarşılanıb, tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.
20:02 15.04.2026
Oxunuş sayı: 57