Azərbaycan Çexiyanın ən böyük neft tədarükçüsü olub
Azərbaycan 2025-ci ildə Rusiyanı geridə qoyaraq Çexiyanın ən böyük neft tədarükçüsünə çevrilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ÇTK xəbər agentliyinin məlumatına görə, Çexiya ötən il idxal etdiyi neftin 42%-ni Azərbaycandan alıb.
Məlumata əsasən, Rusiya neftinin Çexiyanın ümumi idxalındakı payı kəskin azalıb və 2025-ci ildə cəmi 7,7% təşkil edib.
Agentlik qeyd edir ki, bu dəyişiklik Çexiyanın enerji idxalında Azərbaycanın rolunun əhəmiyyətli dərəcədə artdığını göstərir.
17:50 15.04.2026
Oxunuş sayı: 68