Brüsseldən İrəvana təhlükəsizlik addımı: Yeni missiya təsdiqləndi
Avropa İttifaqı səfirləri Ermənistana yeni mülki missiyanın göndərilməsini təsdiqləyiblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yekun qərarın gələn həftə xarici işlər nazirləri səviyyəsində qəbul ediləcəyi gözlənilir.
Məlumata görə, missiya kiberhücumlardan tutmuş informasiya manipulyasiyasına qədər hibrid təhdidlərə qarşı müqavimətin gücləndirilməsinə fokuslanacaq və yerli hüquq-mühafizə orqanlarına məsləhət dəstəyi verəcək.
Plan üzrə missiyanın iki il fəaliyyət göstərməsi və 20–30 beynəlxalq mütəxəssisdən ibarət olması nəzərdə tutulur.
17:32 15.04.2026
Oxunuş sayı: 186