Çin-ASEAN platforması start götürdü: 1 milyardlıq plan
ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Fondu birgə şəkildə Çin-ASEAN Galaxy Orientis (CAIP) investisiya platformasını yaradıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, layihənin birinci mərhələsində 1 milyard dollar hədəf müəyyən edilsə də, artıq 520 milyon dollar vəsait cəlb olunub.
İnvestisiyaların sənaye, texnologiya, səhiyyə və xidmət sahələrindəki layihələrə, həmçinin ASEAN regionundakı özəl kapital fondlarına yönəldilməsi planlaşdırılır.
16:44 15.04.2026
Oxunuş sayı: 192