Rusiya “xaricə zərbə” səlahiyyətini genişləndirir
Rusiya Dövlət Duması ruslara qarşı təhlükə, həbslər və ya zorakılıq halları zamanı, bu addımların davam etməsi halında prezidentə xarici ölkələrə birbaşa hərbi zərbələrə icazə verən qanun layihəsini qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qanun layihəsinə əsasən, Rusiyaya vətəndaşlarına qarşı təhlükə yarandığı vəziyyətlərdə ölkə rəhbərliyi “operativ cavab tədbirləri” çərçivəsində xaricdə hərbi əməliyyat qərarı verə biləcək.
Sənədin növbəti mərhələdə Vladimir Putin tərəfindən təsdiqlənməsi gözlənilir.
14:38 15.04.2026
Oxunuş sayı: 65