Rusiya Dnepr şəhərinə hücum edib: Yaralılar var
Ukraynanın Dnepr şəhərinə Rusiya tərəfindən hücum həyata keçirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hücum nəticəsində bir inzibati bina və çoxmənzilli yaşayış binası zərər görüb.
Dnepropetrovsk vilayət polisinin məlumatına görə, hadisə zamanı 3 nəfər yaralanıb. 29 yaşlı qadın orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, 22 yaşlı qadın və 65 yaşlı kişi isə ambulator müalicə alır.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, iki binada baş verən yanğının ümumi sahəsi 460 kvadratmetr olub. Yanğın söndürülüb, xilasetmə işləri isə davam edir.
12:10 15.04.2026
Oxunuş sayı: 112