Mossad: İrandakı missiyamız rejim dəyişənə qədər davam edəcək
İsrailin xarici kəşfiyyat və xüsusi əməliyyatlar xidməti (Mossad) rəhbəri David Barnea İranla bağlı əməliyyatlar barədə sərt açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Barnea bildirib ki, İranda aparılan əməliyyatlar zamanı 40 gün davam edən intensiv fəaliyyət “əhəmiyyətli nəticələr” verib.
Onun sözlərinə görə, əsas hədəflərdən biri İranın İsrailə qarşı təhlükə yaradan strategiyasına zərbə vurmaq olub.
Barnea vurğulayıb ki, missiya yalnız İranın “ekstremist rejimi” dəyişdikdən sonra tam başa çatmış sayılacaq.
O əlavə edib ki, İsrail İranda fəaliyyətini yalnız hərbi mərhələ ilə məhdudlaşdırmır, “sonrakı dövr üçün də planlar mövcuddur”.
11:30 15.04.2026
Oxunuş sayı: 89