ABŞ-dən şok addım: İran tam blokadaya alındı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına qarşı tətbiq edilən dəniz blokadasının tam şəkildə həyata keçirildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Komandanlığın rəhbəri admiral Bred Kuper bildirib ki, ABŞ qüvvələri Yaxın Şərqdə dəniz üstünlüyünü qoruyur və blokada İran İslam Respublikasına təzyiq strategiyasının bir hissəsidir.
Onun sözlərinə görə, İran iqtisadiyyatının təxminən 90 faizi dəniz ticarətindən asılıdır və blokadadan sonra 36 saatdan az müddətdə dəniz iqtisadi fəaliyyətində ciddi dayanma qeydə alınıb.
Açıqlama regionda gərginliyin daha da artdığı fonunda diqqət çəkib.
11:21 15.04.2026
Oxunuş sayı: 100