Ukrayna İsraildən Hayfa limanında Rusiya gəmisi ilə bağlı tədbir tələb edir
Ukrayna İsrailə rəsmi müraciət edərək, Hayfa limanında dayanan və Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia edilən bir gəmi barədə dərhal tədbir görülməsini istəyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, gəminin daşıdığı buğdanın Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindən çıxarıldığı iddia olunur.
Kiyev tərəfi gəminin həbs edilməsini və limandan çıxmasının qarşısının alınmasını tələb edir.
Hadisənin ABŞ və beynəlxalq sanksiyaların mümkün pozuntusu kimi qiymətləndirilə biləcəyi bildirilir.
10:37 15.04.2026
Oxunuş sayı: 95