Pezeşkian bu ölkələrin adını çəkdi: Sionist rejimin müharibə qızışdırmalarına...
Rusiya da daxil olmaqla bir neçə ölkənin Yaxın Şərqin hərbiləşdirilməsini və İrana hücumları pisləyən mövqeyi onların dərin mədəni və tarixi irsini əks etdirir.
Crossmedia.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O, sosial media səhifəsində paylaşdığı paylaşımda bildirib: "Sivilizasiyaların əsl mahiyyəti tarixin mühüm anlarında üzə çıxır. İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin sionist rejimin müharibə qızışdırmalarına və cinayətlərinə qarşı tutduğu mövqe onların dərin mədəni və tarixi təməllərinə əsaslanır".
23:15 14.04.2026
Oxunuş sayı: 56