Azərbaycanda sahibkarlığın inkişafı üçün hansı addımlar atılmalıdır? - Açıqlandı
"Sahibkarlığın inkişafı üçün tədbirlərə ehtiyac var. İlk növbədə təbliğat və təşviqatdan başlamaq lazımdır. Yəni insanları kiçik və orta sahibkarlığa meyilləndirmək lazımdır".
Bunu Crossmedia.az-a müsahibəsində Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.
"Dünyanın sürətlə inkişaf etdiyini nəzərə alsaq, deməliyik ki, yəni proqramlara ehtiyac var. Məsələn, özünüməşğulluq proqramı bu baxımdan təqdir olunmalıdır. İldə təxminən 6-7 min insan bu proqramdan yararlanır. Amma bu, azdır. Dövlət sayı artırmağa çalışmalıdır. Hər il 35-40 min adam bu proqramdan yararlanmalıdır. Bürokratiya isə çox yerdə var. Dövlət məsləhətlə idarəetməyə, yəni indiqativ idarəetməyə üstünlük verir. Məsələn, İtaliya kənd təsərrüfatı ilə məşğul olanlara müəyyən istiqamətlər göstərilir. Hakimiyyətlər adətən prosesə təkan verməyə çalışırlar. Amma, fikrimcə, nəzarət daha da azaldılmalıdır. Sadəcə nəzarət edilməlidir ki, qanunlar pozulmasın, məhsullar keyfiyyətli olsun. Kəmiyyətə, qiymətə qarışmaq isə doğru deyil. Vergi sistemində də müasir addımlar atılmalıdır. Ən vacibi isə insanların bu sahəyə marağı artırılmalıdır. Məsələn, Şəmkirdə bu istiqamət üzrə yüksək dinamika müşahidə olunur. Dövlət gərək kəndlilər üçün xüsusi proqram hazırlasın, həmçinin regionlar üçün xarakterik problemlər həllini tapsın", - o bildirib.
03:35 15.04.2026
Oxunuş sayı: 63