Meloni Ukraynada sülhə nail olmaq üçün ən optimal variantı açıqlayıb
Rusiyaya iqtisadi təzyiq Ukraynada sülhə nail olmaq üçün ən təsirli üsuldur.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Giorgia Meloni bildirib.
İtaliya hökumətinin başçısı Avropanın Rusiya qazının idxalına qoyulan qadağanı yumşaldıb-yumşaltmaması sualına münasibət bildirib.
"Son illərdə Rusiyaya göstərdiyimiz iqtisadi təzyiq sülhə nail olmaq üçün ən təsirli silahdır, ona görə də gələcək addımlarımızda çox diqqətli olmalıyıq", - deyə Meloni cavab olaraq bildirib.
21:12 14.04.2026
Oxunuş sayı: 55