Ermənistanda müxalifət sıxışdırılır: Paşinyan panikadadır
"Güclü Ermənistan" partiyasının lideri, iş adamı və xeyriyyəçi Samvel Karapetyan müttəfiqi Qohar Qumaşyanın saxlanılmasına reaksiya verib.
Crossmedia.az bu barədə "SputnikArmenia"-ya istinadən xəbər verir.
Karapetyan bunu "Paşinyanın qorxu və panikanın təzahürü" adlandırıb.
Qumaşyan bu gün saxlanılıb və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Məlumata görə, onun saxlanılmasının səbəbi xeyriyyəçiliklə bağlı qanuni qadağanın pozulmasıdır.
20:40 14.04.2026
Oxunuş sayı: 73