Bakıda “Barış Manço Gecəsi” keçirilib
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində türk musiqisinin əfsanəvi siması Barış Manço yaradıcılığına həsr olunmuş “Barış Manço Gecəsi” adlı konsert proqramı təqdim olunub.
Crossmedia.az xəbər verir ki, konsertdə Barış Mançonun türk musiqisində xüsusi yer tutan məşhur hitləri gecənin əsas ifaçıları Arzu Hüseynov və Royal Musanın ifasında, Mahnı Teatrının “STB” pop qrupunun müşayiəti ilə səsləndirilib. Proqramda sənətkarın zəngin yaradıcılıq irsini əks etdirən və müxtəlif nəsillər tərəfindən sevilən əsərlər yer alıb.
Tamaşaçılar “Gülpembe”, “Dağlar Dağlar”, “Arkadaşım Eşşek”, “Alla beni pulla beni”, “Yaz dostum” və “Can bedenden çıkmayınca” kimi məşhur mahnıları dinləmək imkanı qazanıblar.
Qeyd edək ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı gənclərin yaradıcılıq potensialının inkişafına dəstək məqsədilə müxtəlif konsert proqramları həyata keçirir və gənc ifaçılara böyük səhnə təcrübəsi qazanmaq imkanı yaradır.
16:30 14.04.2026
Oxunuş sayı: 48