Bənövşəyi möcüzə...
Son illərdə dünyada və Azərbaycanda "bənövşəyi qızıl" adlandırılan lavanda bitkisinə maraq sürətlə artmaqdadır. Həm vizual gözəlliyi, həm də bir çox sahədə istifadəsi ilə diqqət çəkən bu bitki, kənd təsərrüfatında ən gəlirli sahələrdən birinə çevrilib.
Gəlin, bu bənövşəyi möcüzəyə birlikdə nəzər salaq.
Lavanda təkcə gözəl qoxusu ilə deyil, həm də tibbi xüsusiyyətləri ilə tanınır. Mütəxəssislər bu bitkinin bir neçə əsas faydasını vurğulayırlar:
Sinir Sistemini Sakitləşdirir. Lavanda yağı və çayı stressi azaldır, yuxusuzluqla mübarizədə effektiv rol oynayır .Bu səbəbdən, həkimlər xəstələrinə papatya və lavanda çayını tövsiyyə edir. Atiseptik xüsusiyyəti sayəsində yaraların sağalmasını sürətləndirir və sızanaqlara qarşı istifadə olunur. Təbii ağrıkəsici kimi, baş ağrıları və miqren zamanı lavanda yağı ilə edilən masaj ağrını yüngülləşdirir. Lavanda bitkisi sənayenin bir çox sahəsində xammal kimi çıxış edir. Onun yetişdirilməsi fermerlər üçün yüksək qazanc vəd edir. Əsasən kosmetologiya, tibb sahələrində böyük əhəmiyyət kəsb edir. Kosmetologiya sahəsində lavanda parfümeriya, sabun və şampun istehsalında əvəzedilməzdir. Eyni zamanda, lavandadan alınan efir yağları əczaçılıq sənayesində geniş istifadə olunur.
Ölkəmizdə, xüsusilə Qəbələ və Zaqatala rayonlarında lavanda sahələri genişləndirilir. Yerli iqlim şəraiti bu bitkinin yüksək keyfiyyətli yağ verməsinə şərait yaradır. Artıq Azərbaycan brendi altında istehsal olunan lavanda yağları xarici bazarlara da ixrac edilməyə başlanıb.Bu Azərbaycanın bitkiçilik sahəsi üzrə ən böyük naliyyətlərindən biri hesab olunur.
Lavanda həm estetik zövq verən, həm də sağlamlığımızı qoruyan nadir təbiət incisidir.
Validə Musayeva
19:52 14.04.2026
Oxunuş sayı: 71