Tramp: Orban mənim dostumdur
ABŞ Prezidenti Donald Tramp Macarıstanın sabiq prezidenti Viktor Orbanı özünün dostu və yaxşı insan olduğunu bildirib.
Tramp onun keçirilən parlament seçkilərindəki məğlubiyyətindən məyus olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ lideri bu barədə "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, səsvermənin nəticəsinə baxmayaraq, Macarıstanın sabiq liderinin siyasətini müsbət qiymətləndirir.
"Bu, mənim seçkilərim deyildi, amma o, mənim dostum idi, yaxşı insandır, miqrasiyanın öhdəsindən yaxşı gəldi", - Tramp qeyd edib.
Tramp vurğulayıb ki, Orban İtaliyanın etdiyi kimi, əcnəbilərin onun ölkəsini dağıtmasına imkan verməyib.
19:49 14.04.2026
Oxunuş sayı: 50