İran ABŞ və İsraildən milyardlarla dollar təzminat tələb edir - ŞOK RƏQƏMLƏR
İran ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkəyə dəymiş ziyanın ilkin olaraq təxminən 270 milyard dollar təşkil etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı İran hökumətinin sözçüsü Fatimə Mühacirani “RİA Novosti”yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, müharibə dövründə müxtəlif bölgələrdə baş verən hücumlar nəticəsində infrastruktur, sənaye obyektləri və mülki yaşayış sahələri ciddi zərər görüb. Hazırda aidiyyəti qurumlar ziyanın dəqiq hesablanması üçün araşdırmaları davam etdirir.
Xanım Mühacirani bildirib ki, ilkin dəyərləndirmələrə əsasən ümumi təzminat məbləği 270 milyard dollar civarındadır və yekun rəqəm sonradan dəqiqləşdiriləcək.
O, əlavə edib ki, İran rəsmiləri, o cümlədən prezident Məsud Pezeşkian müxtəlif çıxışlarında zərərin kompensasiyası məsələsini əsas tələblərdən biri kimi gündəmə gətirib.
17:27 14.04.2026
Oxunuş sayı: 51