İspaniya Çini müharibəni dayandırmağa ÇAĞIRDI
İspaniyanın baş naziri Pedro Sançez Pekində etdiyi açıqlamada Çini Yaxın Şərqdə davam edən müharibənin sona çatmasında daha fəal rol oynamağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sançes Çin prezidenti Si Cinpin ilə rəsmi görüş üçün Çinə səfər edib. O, ABŞ və İsrailin İran İslam Respublikasına qarşı həyata keçirdiyi hücumların əsas tənqidçilərindən biri kimi tanınır.
Məlumata görə, Sançes Pekindəki çıxışında münaqişənin dayandırılması üçün beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb və bu prosesdə Çinin təsir imkanlarından istifadə etməsinin önəmini qeyd edib.
Qeyd edək ki, Çin prezidenti Si Cinpin bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi ilə görüş zamanı Yaxın Şərqdə sülhün təmin olunması üçün dörd maddəlik plan təklif etmişdi.
17:12 14.04.2026
Oxunuş sayı: 49