Simonyandan Rusiya ilə bağlı AÇIQLAMA
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin xarici siyasəti ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
O bildirib ki, Ermənistan Rusiyaya qarşı təhlükə yaratmaq və ya onunla qarşıdurmaya getmək niyyətində deyil.
Spikerin sözlərinə görə, Ermənistan regionda sabitliyin qorunmasına üstünlük verir və münasibətlərin gərginləşdirilməsində maraqlı deyil.
15:40 14.04.2026
Oxunuş sayı: 52