Səfirdən ABŞ-yə sərt mesaj: İranla güc dili işləmir
Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov ABŞ-nin İran siyasətini tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Vaşinqton hələ də anlamır ki, İranla münasibətlərdə təzyiq və güc dili nəticə vermir. Səfirin sözlərinə görə, ABŞ İranın nüvə proqramı ilə bağlı iddialar irəli sürsə də, Tehranın mövqeyini nəzərə almır.
Diplomat vurğulayıb ki, İran dəfələrlə bəyan edib: ölkənin nüvə proqramı sülh xarakterlidir.
Qeyd edək ki, ABŞ İranın nüvə silahına çıxış əldə etməməli olduğunu bildirir, Tehran isə bu ittihamları rədd edir.
15:08 14.04.2026
Oxunuş sayı: 53