İranda misli görünməmiş səfərbərlik: 23 milyon insan könüllü oldu
İranda ölkənin müdafiəsi məqsədilə təşkil olunan “Canım Fəda” kampaniyasına müraciət edənlərin sayı rekord həddə çatıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi məlumatlara əsasən, bu günə qədər 23 milyondan çox vətəndaş kampaniyaya qoşularaq İslam Respublikasını müdafiə etməyə hazır olduqlarını bəyan edib.
Qeyd olunur ki, müraciətlərin sayı artmaqda davam edir və təşəbbüs ölkə ictimaiyyətində geniş əks-səda doğurur.
14:55 14.04.2026
Oxunuş sayı: 51