Zərifə Əliyevanın işıqlı obrazı humanizm rəmzi kimi bizimlə qalacaq- RƏY
Bu gün həkim- oftolmoloq, Azərbaycan SSRİ Əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyevanın anım günüdür. Zərifə xanımın Azərbaycanda tibb elminin, o cümlədən oftolmologiyanın inkişafında müstəsna xidmətləri olub. Akademik Zərifə Əliye¬va onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəh¬bəri və məsləhətçisi olmuşdur. Çox sayda beynəlxalq qurultay, konqres, simpo¬zium¬larda iştirak etmişdir. Z. Əliyevanın təşəbbüsü və təşkilat¬çılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu keçirilmişdir. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev bu barədə Crossmedia.az-a danışıb: “Mənalı omür yaşamaq hər bir insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur.” Zərifə xanım Əliyevə da seçilmiş belə insanlardan olmuşdur.

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirdikdən sonar 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir
1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir
Zərifə xanımın Azərbaycanda oftolmologiya elminin inkişafında xidmətləri çox böyükdür. Görkəmli alim zamanında Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsinə əvəzsiz töhfələr vermiş, bir sıra tədqiqatlar aparmışdır. Məhz onun səyləri nəticəsində dünyada ilk dəfə olaraq görmə orqanının peşə potalogiyasını araşdıran elmi tədqiqat laborotoriyası yaradılmış, peşə potalogiyasının əsası qoyulmuşdur.
1981-ci ildə bu tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – “Averbax” mükafatına layiq görülmüşdür.
Zərifə xanım Əliyevanın elmi fəaliyyəti çox zəngindir. Bir sıra əsərləri vardır. “Kəskin virus konyuktiviti”, “Keratitlər”, “Qlankoma”, “Şəkərli diabetli göz xəstəlikləri”, “Göz yaşı axmasının fiziologiyası”, “Gözün mikrocərrahiyəsi” kimi müəllifi olduğu əsərlər Azərbaycanda oftolmologiya elminin inkişafında xüsusi paya sahiblər.
Bununla yanaşı Zərifə xanım nadir sahə olan İridodiagnostika və İridoterapiyanın da problemləri ilə ciddi məşğul olmuş, iki monoqrafiya hazırlamışdır. Bunlardan başqa görkəmli alim 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə¬ri¬nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl¬lifi on iki monoqrafiya, dərsliklər, o cümlədən 150-yə yaxın elmi işlərin müəllifi olmuşdur”.
O bildirib ki, Zərifə xanım yüksək ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynamışdır: “Məhz onun rəhbərliyi ilə gənc alimlərin və həkim-oftolmoloqların böyük nəsli yetişmişdir. Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömür boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm, ürək saflığının rəmzi kimi əbədi qalırdı. Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik”. Dünya oftolmologiya elminin digər tanınmış simaları da Zərifə xanım haqqında tarixi fikirlər söyləmişlər. Nestrerev deyib: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onun öz sahəsinin məhşur alimi hesab edirəm”. Puçkovskaya xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb.
Zərifə xanımın fəxri adları, elmi titulları çoxdur, saymaqla bitməz. Amma bunlardan ən şərəflisi ana adıdır. O nə edirdisə böyük sevgi ilə edirdi, onun sevgisinin gücü öz ailəsində daha çox duyulurdu. Prezident İlham Əliyev Zərifə Əliyeva haqqında xatirələrindən danışarkən vurğuladığı kimi, “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
Təəssüf ki, Zərifə xanım az yaşadı. O, istedadı, həyat enerjisi ilə çox işlər görə bilərdi. Zərifə Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olundu.
Qədirbilən Azərbaycan xalqı hər il Zərifə xanımın əziz xatirəsini böyük ehtiram, fəxarətlə anır.
Qeyd edim ki, Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının imzaladığı Sərəncama müvafiq olaraq 17 aprel 2023-cü il tarixində - “Heydər Əliyev İli”ndə təmsil etdiyim seçki dairəsi ərazisində - Göyçay Rayon Mərkəzi Xəstəxanasında mənim də iştirakımla keçirilən konfransda rayonun ictimai-siyasi aktivi ilə birlikdə Zərifə xanımın və Ümummilli Liderin əziz xatirələri ikiqat qürur hissi ilə yad edildi.
Zərifə xanım Əliyevanın işıqlı obrazı, vətənpərvərliyi humanizm rəmzi kimi bizimlə qalacaq, daim anılacaqdır”.
19:31 14.04.2026
Oxunuş sayı: 59