Hizbullahdan Livan hökumətinə çağırış
Hizbullahın Baş katibi Naim Qasim Livan hökumətini çərşənbə axşamı Vaşinqtonda İsrail rəsmiləri ilə planlaşdırılan görüşü ləğv etməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, çıxışında diplomatik danışıqların nəticəsiz olduğunu iddia edərək, Livan hökumətini “müqavimət” xəttinə qoşulmağa səsləyib.
Qasımın açıqlaması regionda gərginlik və diplomatik proseslərlə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.
11:30 14.04.2026
Oxunuş sayı: 52