Qalibafdan açıqlama: “Qorxmuram” bəyanatı
İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf İsrail və ABŞ-ın siyasətini tənqid edərək sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, çıxışı zamanı Papa Leonun mövqeyini alqışlayaraq “qorxmaz mövqeyin şərəfinə, mən qorxmuram” ifadəsini səsləndirib.
Qalibaf bildirib ki, bu mövqe İsrail və ABŞ-nin hərbi əməliyyatları və “müharibə cinayətləri” adlandırdığı hadisələrə qarşı səssiz qalmamağın simvoludur.
O, həmçinin Papa Leonun açıqlamalarının günahsız insanların öldürülməsinə etiraz edənlər üçün ilhamverici olduğunu qeyd edib və onun mövqeyinə görə təşəkkürünü ifadə edib.
11:20 14.04.2026
Oxunuş sayı: 55