Jurnalistdən iddia: Media qaydaları sərtdir
ABŞ-nin aparıcı televiziya kanallarında – CNN, Fox News və NBC-də çalışmış jurnalist Rik Sançez mediada mövcud olduğunu iddia etdiyi “yazılmamış qaydalar” barədə danışıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Sançezin sözlərinə görə, İran haqqında müsbət fikir səsləndirən və ya İsrailə qarşı sərt mövqe tutan jurnalistlər ciddi təzyiqlərlə üzləşə, hətta karyeralarını itirə bilərlər.
O bildirib ki, bu kimi hallarda jurnalistlər yalnız işdən çıxarılmaqla kifayətlənmir, həm də gələcək fəaliyyətlərinə mane ola biləcək “qara siyahı”ya düşə bilərlər.
Qeyd edək ki, səsləndirilən fikirlər şəxsi mövqeni əks etdirir və media azadlığı ilə bağlı müzakirələr fonunda qiymətləndirilir.
09:51 14.04.2026
Oxunuş sayı: 55