NATO-da parçalanma təhlükəsi
Böyük Britaniyanın nüfuzlu nəşri "The Economist" dərc etdiyi məqalədə İranla mümkün müharibənin NATO daxilində ciddi fikir ayrılıqlarına səbəb olduğunu bildirib.
Crossmedia.az bu barədə xəbər verir.
Jurnalın yazdığına görə, ABŞ və NATO üzvü olan Avropa ölkələri arasında İran İslam Respublikasına qarşı hərbi addımlar məsələsində mövqelər üst-üstə düşmür. Bu ziddiyyətlərin isə dünyanın ən qədim hərbi alyanslarından biri olan NATO-nun birliyini sarsıda biləcəyi qeyd olunur.
Məqalədə həmçinin vurğulanır ki, Avropa ölkələri artıq təhlükəsizlik məsələlərində xarici güclərə tam etibar edə bilməz. Xüsusilə ABŞ-dan asılılığın uzunmüddətli perspektivdə zəifləyə biləcəyi və bunun qlobal təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərə yol aça biləcəyi bildirilir.
Nəşr belə nəticəyə gəlir ki, mövcud geosiyasi gərginliklər fonunda NATO daxilində birlik və koordinasiyanın qorunması əvvəlkindən daha çətin ola bilər.
09:33 14.04.2026
Oxunuş sayı: 57