Lavrov Pekində: Qlobal gündəm masada
Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi səfərlə Çinin paytaxtı Pekinə gedib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfər çərçivəsində əməkdaşlıq və strateji əlaqələndirmə məsələləri müzakirə olunur.
Məlumata görə, görüşlər zamanı Birləşmiş Millətlər Təşkilatı, BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri əsas müzakirə mövzularındandır.
Bununla yanaşı, tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparır, regional təhlükəsizlik və sabitlik məsələlərinə toxunurlar.
Ekspertlər hesab edir ki, səfər Rusiya ilə Çin arasında münasibətlərin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
09:27 14.04.2026
Oxunuş sayı: 49