Pezeşkian Roma Papası XIV Leoya cansağlığı arzulayıb
İran prezidenti Məsud Pezeşkian Roma Papası XIV Leoya müraciət ünvanlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Pezeşkian bildirib ki, İran xalqı adından Papaya qarşı edilən təhqirləri pisləyir və bunu qəbuledilməz hesab edir.
O vurğulayıb ki, sülh və qardaşlıq rəmzi kimi qəbul edilən İsanın təhqir olunması istənilən azad insan üçün qəbul edilə bilməz.
İran prezidenti müraciətinin sonunda Papa XIV Leoya cansağlığı arzulayıb.
22:40 13.04.2026
Oxunuş sayı: 54