Hörmüz boğazının blokadasına 15-dən çox ABŞ hərbi gəmisi cəlb olunub
Hörmüz boğazının blokadasına 15-dən çox ABŞ hərbi gəmisi cəlb olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Yaxın Şərqdə aviadaşıyıcı, idarəolunan raket silahlarına malik bir neçə esmines, desant gəmisi və bir sıra digər döyüş vahidləri yerləşdirilib.
Qeyd olunur ki, bu gəmilər, xüsusən də, göyərtə əməliyyatlarına dəstək məqsədilə istifadə oluna bilən helikopterləri daşımaq qabiliyyətinə malikdir.
22:25 13.04.2026
Oxunuş sayı: 46