Erməni revanşist diplomat Paşinyana qarşı çıxmaq üçün "TRIPP" kartını masaya atdı
"TRIPP" 44 günlük müharibə zamanı həyata keçirilməyə çalışılan, lakin uğursuzluğa düçar olan İran və Rusiya əleyhinə proqramın bir hissəsidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Revanşist "Ana Ermənistan" hərəkatının üzvü olan erməni diplomat Dzyunik Ağacanyan "NEWS.am"-a verdiyi müsahibədə bildirib.
"Bu, panturanizmin əsas elementlərindən biridir. Lakin İran açıq şəkildə bunun mümkün olmadığını bildirib. Tehran Qərb qüvvələri tərəfindən idarə olunmayan yeganə sərhədin Qərbin alətinə çevrilməsinə razı ola bilməzdi.
O vurğulayıb ki, bu baxımdan İranın mövqeyi dəyişməyəcək. Lakin burada həlledici amil İran deyil, iyunun 7-də bu məsələni həll etmək üçün unikal fürsətə malik olan Ermənistan xalqıdır.
"Problem kommunikasiyanın mövcudluğunda deyil, ərazimizin Qərbə, xüsusən də amerikalılara yadlaşdırılmasındadır. Ermənistan hədəfə alınır və əraziləri hansısa qeyri-müəyyən bir şirkətə yadlaşdırılır ki, bunda Türkiyə və Azərbaycan əhəmiyyətli rol oynayacaq. Orada əslində Türkiyə-Azərbaycan varlığı olacaq" - deyə o qeyd edib.
Onun sözlərinə görə, ABŞ hazırda İrana qarşı quru hücumuna başlaya bilməz, çünki TRIPP, əsasən Azərbaycan və Türkiyə tərəfindən İrana qarşı əməliyyatlar üçün istifadə edilə biləcək vacib bir elementdir.
Hakimiyyəti dəyişsək, mövcud hakimiyyətin bizi daxil etdiyi bu tordan qaçmaq şansımız var. Əks təqdirdə, qurban olacağıq və Ermənistan ya Azərbaycanın, ya da Türkiyənin bir əyalətinə çevriləcək.
Əgər mövcud hökumət bərpa olunarsa, bir neçə həftə ərzində referendumla deyil, anti-erməni, anti-milli, anti-dövlət konstitusiyasının qəbul edilməsini görəcəyik. 300.000 azərbaycanlını köçürmək adı altında Ermənistanın faktiki işğalının şahidi olacağıq. Biz sadəcə bir dövlət olaraq yox olacağıq. Qarşıdan gələn seçkilər bizim mövcudluğumuzun məsələsidir.
Hökuməti devirməklə, ən azı gizli saxlanılan və hissə-hissə təqdim edilən öhdəliklər paketini dayandıracağıq. Bu, bizim son şansımızdır", - deyə Ağacanyan yekunlaşdırıb.
21:15 13.04.2026
Oxunuş sayı: 49