Rusiya xərçəngin çarəsini tapıb
Federal Tibbi və Bioloji Agentliyin (FTBA) kolorektal xərçəngin müalicəsi üçün innovativ fərdiləşdirilmiş neoantigen "mRNA" peyvəndi "Oncorna"nın klinik istifadəsi üçün təsdiq alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə agentliyin rəhbəri Veronika Skvortsova TASS-a bildirib.
O,qeyd edib ki, bu, FTBA-nın portfelində bu xərçəng növü üçün ikinci fərdiləşdirilmiş xərçəng peyvəndidir.
07:30 14.04.2026
Oxunuş sayı: 53