Avtomobillər toqquşub, beş nəfər xəsarət alıb
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "Mersedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri - 1980-ci il təvəllüdlü Bədəlova Vüsalə Səməd qızı, 1972-ci il təvəllüdlü Bədəlov Rəfail Əvəz oğlu, 2002-ci il təvəllüdlü Bədəlov Həsən Rəfail oğlu, 1967-ci il təvəllüdlü Axundov Elşən Şəmsəddin oğlu və Cəbrayıl rayon sakini - 1959-cu il təvəllüdlü İsmayılov Füzuli Ramazan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
20:26 13.04.2026
Oxunuş sayı: 66