Rusiyalı poltoloq ölkəsinin Ermənistanda keçirələcək parlament seçkiləri ilə bağlı gözləntisini açıqlayıb
Rusiyanın Ermənistanda öz maraqlarının ola bilməməsinin səbəbi aydın deyil.
Crossmedia.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
O bildirib ki, Moskvanın respublikada Rusiyaya dost qüvvələrin və insanların hakimiyyətdə olmasında maraqlı olduğu tamamilə başa düşüləndir.
Markedonov deyib: "Moskva konkret bir şəxsi deyil, Rusiya ilə münasibətlərdə aparılan siyasəti, kursu dəstəkləyir. Rusiya üçün ən vacib şey qarşıdan gələn parlament seçkilərinin mümkün qədər rahat keçməsidir.Bəs öz maraqlarını irəli sürməkdə maraqlı olmayan tək bir ölkənin adını kim çəkə bilər? Onlar qəribə hekayələr təbliğ edirlər, məsələn, Rusiya öz varlığını istəyir.
Amma ABŞ bunu istəmir, elə deyilmi? Sanki Avrpa İttifaqı bunu istəmir, ya Fransa, ya da təbii ki, Türkiyənin Qafqazda heç bir maraqları yoxdur."
19:36 13.04.2026
Oxunuş sayı: 45