Macarıstanın yeni baş nazirindən sensasional açıqlamalar
Macarıstan Rusiya neftini almağı dayandırmayacaq və Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını dəstəkləməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu "Tisa" Partiyasının rəhbəri, Macarıstanın yeni seçilmiş baş naziri Peter Maqyar bildirib.
"Macarıstan ən təhlükəsiz və ən ucuz nefti almağa çalışacaq. Bu müharibə bitən kimi Avropa sanksiyaları ləğv edəcək. Çünki şişirdilmiş qiymətlərlə xammalın alınması Avropanın maraqlarına uyğun deyil", - ölkənin yeni baş naziri bəyan edib.
"Kreml də, Pekin də öz fikrini bildirib. Macarıstan seçicilərinin, macar xalqının qərarını hörmətlə qəbul etdikləri üçün onlara təşəkkür edirəm və onlar Macarıstan qədər praqmatik əməkdaşlığa açıqdırlar, çünki coğrafiya coğrafiyadır", - deyə o, Moskva və Pekinlə münasibətlərə münasibətlərini şərh edib.
Maqyar, həmçinin Macarıstanın hazırda çox çətin iqtisadi vəziyyətdə olduğu üçün Aİ-nin Ukraynaya 90 milyard avroluq kreditində iştirak etməmək qərarı ilə razılaşıb:
"İndi yeni kreditlər götürməyə gücümüz çatmır. Bu qərar dekabr ayında Macarıstanın bundan kənarda qalacağı barədə verilib və mən bunun indi niyə yenidən ortaya çıxdığını başa düşmürəm".
O, Ukraynanın təşkilata qoşulma vaxtının hələ gəlmədiyini bildirib:
"Biz Ukraynanın Aİ-yə sürətlə daxil olmasını dəstəkləmirik. Məsələ referenduma çıxarılacaq, amma bunun növbəti on ildə baş tutacağını gözləmirəm".
18:50 13.04.2026
Oxunuş sayı: 48