Hörmüz boğazı riski artır: Avropa iqtisadiyyatı təhlükədə
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, Yaxın Şərqdə münaqişənin başlanmasından bəri Avropa İttifaqının enerji resurslarının idxalına çəkdiyi xərclər 22 milyard avro artıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, regiondakı gərginlik və xüsusilə Hörmüz boğazı üzərindən mümkün tədarük riskləri Avropanın enerji təhlükəsizliyinə ciddi təsir göstərir.
Von der Leyen vurğulayıb ki, Hörmüz boğazının bağlanması və ya nəqliyyatın məhdudlaşdırılması Avropa iqtisadiyyatına ağır ziyan vura bilər.
17:57 13.04.2026
Oxunuş sayı: 48