İsrail deputatı Trampdan üzr istədi
İsrail parlamentinin üzvü Zvi Sukkot Fogel daha əvvəl ABŞ prezidenti Donald Tramp haqqında səsləndirdiyi sərt fikirlərə görə üzr istəyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Deputat açıqlamasında bildirib ki, onun əsas məqsədi İsrailin maraqlarını müdafiə etmək olub:
“Cənab Prezident, siz ABŞ üçün nəyin ən yaxşı olduğunu müəyyən etdiyiniz kimi, mən də İsrail dövləti üçün nəyin ən yaxşı olduğunu düşünürəm. Ağlımda olan yeganə məsələ budur. Tənqidimi səsləndirməkdə məqsədim eşidilmək idi və bu, düzgün auditoriyaya çatdı”.
O əlavə edib ki, sözlərinin məqsədi heç kimi incitmək və ya hörmətsizlik etmək olmayıb:
“Mənim məqsədim incitmək deyildi və buna görə təəssüflənirəm”.
Qeyd edək ki, deputat daha əvvəl Donald Trump barədə “saxtakar” ifadəsini işlətmişdi ki, bu da geniş müzakirələrə səbəb olmuşdu.
17:44 13.04.2026
Oxunuş sayı: 47