Roma Papasından Trampa AÇIQ MESAJ: Qorxmuram
Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Tramp administrasiyasına münasibəti və Kilsənin mövqeyi ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Tramp administrasiyasından qorxmadığını və İncilin mesajını açıq şəkildə ifadə etməkdən çəkinmədiyini vurğulayıb.
Papa qeyd edib ki, həm özü, həm də Kilsə siyasi məqsədlərlə deyil, mənəvi missiya ilə fəaliyyət göstərir.
“Siyasətçi deyilik. Xarici siyasət məsələlərinə fərqli yanaşırıq, lakin mən sülhə çağıran İncil mesajına inanıram”, – deyə o bildirib.
Papa XIV Leo əlavə edib ki, İncilin əsas çağırışı sülh və barışıqdır və bu mesajı yaymaqdan geri çəkilməyəcək.
O həmçinin insanların sülh naminə körpülər qurmağa çağırıb və bildirib ki, onun mövqeyini siyasi addımlarla eyniləşdirmək düzgün deyil.
Papa sonda belə yanaşmalardan təəssüf hissi keçirdiyini qeyd edərək, Kilsənin müasir dünyadakı missiyasını davam etdirəcəyini vurğulayıb.
16:38 13.04.2026
Oxunuş sayı: 54