Hakan Fidan: İsrail Türkiyəni hədəf seçə bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin təhlükəsizlik gündəmi ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, İsrail regionda davamlı olaraq düşmən axtarışında olan siyasət yürüdür:
“İsrail düşmənsiz yaşaya bilməz. Ona görə də İrandan sonra Türkiyəni düşmən elan edə bilər.”
Fidanın sözlərinə görə, bu yanaşma regionda gərginliyin daha da artmasına səbəb ola bilər və Türkiyə üçün potensial risklər yaradır.
Qeyd edək ki, İran ilə İsrail arasında münasibətlərin kəskinləşməsi fonunda regionda siyasi və hərbi risklər artmaqdadır.
16:06 13.04.2026
Oxunuş sayı: 52