ABŞ-İran gərginliyi yenidən ARTIR
ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarının iflasından sonra İrana qarşı yeni hərbi addımları nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu variantlar Trampın Pakistanda aparılan və nəticəsiz başa çatan danışıqlardan bir neçə saat sonra gündəmdə saxlanılıb.
Məlumata əsasən, müzakirə edilən ssenarilər arasında İranın ayrı-ayrı hədəflərinə məhdud zərbələr endirilməsi və ya daha genişmiqyaslı bombalama kampaniyasına qayıdış da yer alır. Lakin ikinci variantın regionda sabitliyi ciddi şəkildə poza biləcəyi və ABŞ-nin uzunmüddətli müharibəyə cəlb olunma riskinə görə daha az ehtimal edildiyi bildirilir.
Eyni zamanda, Tehranla danışıqların dalana dirənməsindən sonra Vaşinqtonun gələcək dialoq üçün sərtləşdirilmiş şərtlər irəli sürdüyü qeyd olunur.
Həmin şərtlərə Hörmüz boğazının tam açılması, uranın zənginləşdirilməsinin dayandırılması və nüvə obyektlərinin sökülməsi, yüksək zənginləşdirilmiş uran ehtiyatlarının xaricə çıxarılması, eləcə də Hizbullah və husilər də daxil olmaqla İranın regiondakı müttəfiq qruplara dəstəyinin dayandırılması daxildir.
14:14 13.04.2026
Oxunuş sayı: 46