ABŞ-yə İTTİHAM: Pilotu xilas etməyə gəlməmişdilər
İran parlamentinin sədr müavini Əli Nikzad ABŞ qüvvələrinin İranda vurulduğu iddia edilən qırıcıların pilotlarının axtarışı ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, televiziya proqramına müsahibəsində ABŞ hərbi qüvvələrinin həmin əməliyyatda məqsədinin pilotu xilas etmək olmadığını iddia edib.
Nikzad bildirib ki, ABŞ qüvvələri bölgəyə başqa məqsədlə gəlib.
“Onlar pilotu xilas etməyə gəlməmişdilər. Onlar başqa bir şeyi götürüb sonra nümayiş etdirməyə gəlmişdilər”, – deyə o qeyd edib.
14:29 13.04.2026
Oxunuş sayı: 48