Sumqayıtda zəncirvari QƏZA BAŞ VERİB
Sumqayıt şəhərində dörd avtomobil və sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.
Qəza zamanı iki "Opel", bir "Jac", bir "Hyundai" markalı avtomobillər və 7A nömrəli marşrut avtobusu bir-biri ilə toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (Report)
14:08 13.04.2026
Oxunuş sayı: 51