WhatsApp-a rəqib gəlir - Mask XChat-ı işə salır
ABŞ-li milyarder İlon Mask X sosial şəbəkəsi əsasında XChat adlı messencerin istifadəyə veriləcəyini açıqlayıb. Tətbiqin 17 apreldə App Store-da təqdim olunacağı bildirilir.
Sistemdə uçdan-uca şifrələmə, reklam və izləmənin olmaması vəd edilir. İstifadə üçün X hesabı tələb olunacaq. Maskın sözlərinə görə, təhlükəsizlik sistemi Bitcoin texnologiyalarından ilhamlanıb.
Crossmedia.az xəbər verir ki, o WhatsApp-ı istifadəçi məlumatlarını toplamaq və reklam məqsədilə hədəfləmə aparmaqda tənqid edib. Bildirib ki, XChat mesajları skan etməyəcək və istifadəçiləri profilləşdirməyəcək.
Messencerdə çatlar, fayl göndərmə, audio və video zənglər də olacaq.Mask XChat-ı “ən az həssas və maksimum gizlilik təmin edən mesajlaşma sistemi” kimi təqdim edir.
Rəmziyyə Babazadə
12:02 13.04.2026
Oxunuş sayı: 61