İran Pakistandakı danışıqların pozulmasında ABŞ-ni günahlandırdı
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların uğursuzluqla nəticələnməsinə münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “X” sosial şəbəkəsində paylaşım edərək Tehranın münaqişənin həlli üçün “xoş niyyətlə” davrandığını qeyd edib.
Nazirin sözlərinə görə, tərəflər razılaşmaya yaxın olduqları halda danışıqlar “həddindən artıq tələblər”, “daim dəyişən şərtlər” və “blokada təhdidləri” səbəbindən pozulub.
Abbas Araghchi bildirib ki, bu prosesdə ABŞ-ni də məsuliyyət daşıyan tərəf kimi görür və “xoş niyyət xoş niyyət doğurur, düşmənçilik isə düşmənçilik doğurur” sözlərini işlədib.
Məsələ diplomatik dairələrdə müzakirə olunur.
11:47 13.04.2026
Oxunuş sayı: 54