İsrailli hərbi ekspertdən xəbərdarlıq: Ciddi çağırışla üz-üzəyik
İsrail hökumətinə yaxın hərbi ekspert Amos Yadlin hazırkı regional vəziyyətlə bağlı xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki,Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Xi Jinping tərəfindən İrana hərbi tədarükün Xəzər dənizi marşrutu ilə davam etməsi ciddi təhlükə yaradır.
Ekspertin sözlərinə görə, tədarüklər Çindən Trans-Sibir dəmir yolu vasitəsilə Rusiyanın Həştərxan limanına, oradan isə dəniz yolu ilə İranın Ənzəli limanına daşınır.
O qeyd edib ki, hazırkı şəraitdə Xəzər bölgəsində hərbi balansın dəyişməsi İsrail üçün “ciddi çağırış” yaradır və vəziyyətin diqqətlə izlənilməsi vacibdir.
Həmçinin o, ABŞ prezidenti Donald Trump-ın mümkün iqtisadi təzyiqlərinin hələlik gözlənilən nəticəni vermədiyini də vurğulayıb.
Ekspertin açıqlaması regionda artan gərginliklə bağlı müzakirələrə səbəb olub.
10:50 13.04.2026
Oxunuş sayı: 51