Rusiya rəsmisindən Macarıstan seçkiləri ilə bağlı açıqlama: Aİ barədə sərt mesaj
Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev Macarıstandakı seçkilərlə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Avropa İttifaqının dağılması prosesi sürətlənə bilər.
Dmitriev “Facebook” paylaşımında yazıb: “Bu, yalnız Aİ-nin dağılmasını sürətləndirəcək. Dörd aydan sonra haqlı olub-olmadığımı yoxlayın”.
Açıqlama beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
10:30 13.04.2026
Oxunuş sayı: 60