Qorunan vəhşi heyvanların saxlanmasına görə cinayət məsuliyyəti tətbiq oluna bilər
Rusiya vəkil Matvey Tsenin açıqlamasına görə, xüsusi qiymətli təbii resurslar siyahısına daxil olan heyvanların saxlanması cinayət məsuliyyəti yarada bilər.
Crossmedia.az TASS-a istinadən bildirir ki, bu siyahıya Altay dağ qoçu, Amur pələngi, ağ ayı, leopard, zubr, sayqaq və qar barsı (qar leopardı) daxildir. Bundan əlavə, 4 növ quş və 11 növ balıq da qorunan növlər siyahısına daxildir.
Qeyd olunur ki, bu heyvanların qanunsuz saxlanması hüquqi məsuliyyətə səbəb ola bilər.
02:35 13.04.2026
Oxunuş sayı: 44